Biz sülhə səs veririk

Sentyabrın 20-də məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın rəhbərlik etdiyi 2a sinfində Beynəlxalq sülh gününə həsr edilmiş "Biz sülhə səs veririk!" adlı sinif təşkilat saatı keçirildi.
Şagirdlərə Beynəlxalq sülh gününün yaranma tarixi barədə ətraflı məlumat verildi.
Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğu qeyd edildi.
Şagirdlər sülhə həsr edilmiş şeirlər, mahnılar ifa etdilər.