Bilik Günü qeyd olundu

  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Murad Zeynalov çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açdı, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs etdi. Məktəbin direktoru şagirdlərə yeni dərs ilində uğurlar və müvəffəqiyyətlər arzu etdi.

  Tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyətinin Ramana qəsəbə nümayəndəsi Məhəmməd Əsədov çıxışında şagirdlərə uğurlar arzuladı. Ölkə prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışdı, aparılan quruculuq işlərinin təhsilə böyük töhfələr verəcəyini vurğuladı.

  Həmçinin, şagirdlər tədbirdə maraqlı nömrələr, mahnılar və rəqslər nümayiş etdirdilər. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, sabiq məzunlar və digər qonaqlar iştirak edirdi.

Sonda ilk zəngin sədaları altında şagirdlər siniflərə daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi