Pedaqoji şuranın ilk iclası keçirildi

   Sentyabrın 13-də 2019/2020-ci tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirildi.

Pedaqoji Şuranın sədri Murad Zeynalov kollektiv heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək müzakirə olunacaq məsələlər haqqında məlumat verdi.

   2018-2019-cu tədris ilinin yekunları, yay-tədris tapşırığı alan şagirdlərin növbəti sinfə keçirilməsi, 2019/2020-ci tədris ilində prioritet fəaliyyət istiqamətləri, 2019/2020-ci tədris ili üzrə məktəbin "Fəaliyyət Planı”nın müzakirəsi və təsdiqi, müəllimlərin dərs yükü, sinif rəhbərləri, metodbirləşmə rəhbərlərinin təyin edilməsi, fənn aylıqların təşkili, nizam-intizam qaydaları və bir sıra məsələlər müzakirə edildi.
   İclasın yekununda rəy və təkliflər irəli sürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi