"Kiçik Akademiya" nın fəaliyyəti, vətənpərlik, milli və mənəvi dəyərlər

   Sentyabrın 12-də növbəti məktəbdaxili seminar təşkil edildi.

   Seminarın ilk hissəsində məktəbin biologiya müəllimi və Kiçik Akademiyanın prezidenti Əliyev Elşad Xanbala oğlu 2018/2019-cu tədris ili üzrə "Kiçik Akademiyanın" gördüyü işlərə dair məlumat,onun mahiyyəti barədə məlumat verdi, təqdimatlar nümayiş olundu, 2019/2020-ci tədris ili üzrə qarşıda duran vəzifələrdən söhbət açıldı, müzakirələr aparıldı.

   Qeyd edildi ki, "Kiçik Akademiya"nın təşkil edilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara yönəldilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsindən ibarətdir.

   Seminarın ikinci hissəsində qonağımız 215 nömrəli tam orta məktəbin direktoru Mustafayev Cavad Cavanşir oğlu milli-mənəvi dəyərlər, şəhidlik və vətənpərvərlik haqqında söhbət apardı.

   Qeyd edildi ki,şagirdlərin milli-mənlik şüurunun formalaşması və onların vətənpərvər ruhda böyüməsi müstəqil dövlət quruculuğu yolunu seçən ölkəmizin prioritet istiqamətlərindəndir.
   Tədris olunan fənlər, xüsusən də ədəbiyyat, tarix, o cümlədən hərbi hazırlıq fənlərinin tədrisi təhsil alanları müvafiq biliklərlə təmin etməklə yanaşı, onların milli-mənlik şüurunu formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir.
   Şagirdlərə ölkəmizin müdafiə qüdrətini, ölkə konstitusiyası və onun qanunlarını, respublikanın silahlı qüvvələrinin tələblərindən irəli gələn qaydaları, eyni zamanda, hərbi hazırlıq səviyyəsində bilik və bacarıqların aşılanması, vaxtaşırı düşmən işğalında olan torpaqlarımız, ordumuzun qüdrəti haqqında məlumatların verilməsinin vacibliyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi