Məktəbdaxili seminarlar təşkil edilir

Sentyabrın 11-də pedaqoji heyət üçün məktəbdaxili seminar təşkil edildi.
Seminarda məktəbin metodbirləşmə rəhbəri Səbikə Mustafayeva "Qiymətləndirmə" mövzusunda müəllimlərin suallarına cavab verdi, məktəbdaxili qiymətləndirmə növlərinin ətraflı təhlili aparıldı.
Sabunçu Gənclər Evi və PA Akademiyasının psixoloqu Əziz Kərimov "Sinfin idarə olunması" mövzusunda danışdı. Şagird-müəllim-valideyn münasibətləri, müəllimin keyfiyyət göstəriciləri, sevilən, ideal müəllim necə olmalıdır mövzusunda müzakirələr aparıldı.