Məzunlara attestatlar paylandı

İyulun 10-da ümumi təhsil pilləsində təhsilalanların təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasının 5.1-ci bəndinə müvafiq olaraq məktəbin 9-cu və 11-ci sinfini bitirən məzunlarına təntənəli surətdə ümumi orta və tam orta təhsil haqqında attestatlar təqdim olundu. 9a sinif şagirdi Camalova Zümrüd və 9b sinif şagirdi Abbasova Vəfa bütün fənləri əla qiymətlərlə bitirdikləri və buraxılış imtahanlarında yüksək nəticə göstərdikləri üçün fərqlənmə attestatına layiq görüldü.