Son zəng tədbiri keçirildi

    İyunun 14-də Bakı şəhəri 78 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi

   Tədbirdə Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova, məktəbin şagird və valideynləri, digər qonaqlar iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Sonra məktəbin direktoru Murad Zeynalov məzunları, onların valideynlərini və qonaqları salamlayaraq, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirdi və məzunlara uğurlar arzuladı.Tədbirdə çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Haşimova ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən danışdı. Məzunların ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar dilədi.
  2018/2019 –cu tədris ilində fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundu.11a sinif rəhbəri Mustafayeva Səbikə və 11b sinif rəhbəri Şıxıyeva İlhamə fəxri fərmanla təltif edildilər. “Son zəng” tədbirində məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlar maraqlı və yaddaqalan olmaqla, tədbir iştirakçılarına xoş təəssürat bağışladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi