Zirə Mədəniyyət Mərkəzi-Eko Parka ekskursiya

   İyunun 1- də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 6b sinif rəhbəri Sara Hüseynovanın təşkilatçılığı ilə Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkına ekskursiya təşkil edildi.

Şagirdlər Eko-Parkın xüsusi landşaft dizaynı ilə tanış oldu. Burada müxtəlif xüsusi yaşıllıq zolaqları: dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən küknar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, daş palıd zolağı və çinar zolağı və s mövcuddur. Mərkəzdə şagirdlər Azərbaycanın qədim toxuculuq sənətinin nümunələri, müxtəlif tarixi eksponatlarla yaxından tanış oldular. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, Azərbaycanın maddi və mədəni irsinin öyrədilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi