Uşaq festivalı

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı və rəhbərliyi ilə Bakı Konqres Mərkəzinin qarşısındakı parkda "Uşaq festivalı" təşkil edildi.
Festival çərçivəsində şagirdlər müxtəlif əyləncə proqramlarında, atraksionlarda əyləndilər, rəsm, musiqi və digər əyləncə növlərində iştirak etdilər, maraqlı viktorinalarda yarışdılar.
Sevimli nağıl personajları ilə görüşüb, bayramlarını dostlarının əhatəsində keçirdilər.
Festival maraqlı və yadda qalan oldu.