Dünya bizimlə gözəldir

Mayın 31-də məktəbin ibtidai sinif müəllimi Nuranə İslamovanın rəhbərliyi və 1c sinif şagirdlərinin iştirakı ilə "Dünya bizimlə gözəldir"adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak edirdi.Tədbir birincilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Şagirdlər maraqlı səhnəciklər nümayiş etdirdi, şeirlər, mahnılar ifa etdilər. Birincilər oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirirdilər.