28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi

Mayın 29-da Respublika Gününə həsr edilmiş tədbir keçirildi. Şagirdlər xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş, milli qürur hissi duyulan, şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən 28 May-Azərbaycan Xalq Cumhuriyyətinin yaranması haqqında geniş məlumatlar verdilər. Qeyd edildi ki, Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Şagirdlərin ifasında şeirlər, mahnılar söylənildi. Məqsəd şagirdlərə Azərbaycançılıq ideologiyasının və xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.