Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirildi

Mayın 30-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovanın təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirildi.
Qeyd edildi ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmış, həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmış, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.