Kiçik Akademiyanın tarix-coğrafiya bölmə üzvlərinin təqdimatları müzakirə edilir

Mayın 30-da "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə tarix müəllimi Sara Hüseynova və coğrafiya müəllimi Lətifə Məmmədovanın rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə tarix və coğrafiya bölməsi üzrə təqdimatların nümayişi oldu.
Şagirdlər müvafiq mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı.