Böyük dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş guşə yaradıldı

Böyük dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş guşə yaradıldı
Mayın 29-da Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin yaradıcılığı haqqında məktəbliləri məlumatlandırmaq məqsədilə məktəbin kitabxana müdiri Yeganə Quliyevanın təşkilatçılığı ilə kitabxanada Cəlil Məmmədquluzadənin yaradıcılığını əks etdirən guşə yaradıldı.
Şagirdlərə yazıçının yaradıcılığı haqqında geniş məlumatlar verildi, müzakirələr aparıldı.