Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikasıdır mövzusunda sinif təşkilat saatı keçirildi.

  Məktəbin ibtidai sinif müəllimi Nuranə İslamovanın rəhbərlik etdiyi 1c sinfində 28 May-Respublika gününə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikasıdır" mövzusunda sinif təşkilat saatı keçirildi.

  Şagirdlərə xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş, milli qürur hissi duyulan, Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən 28 May-Respublika gününün yaranması haqqında geniş məlumatlar verildi. 
Vətənpərvərlik ruhda şeirlər, mahnılar oxundu.

  Məqsəd şagirdlərdə müstəqil Azərbaycançılıq ideologiyasının və xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi