Doğma yurdum-mövzusunda sinif təşkilat saatı keçirildi.

Mayın 27-də məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın rəhbərlik etdiyi 1a sinfində 28 May-Respublika gününə həsr edilmiş "Doğma yurdum" mövzusunda sinif təşkilat saatı keçirildi.
Sinif təşkilat saatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə geniş məlumat verildi.
Qeyd edildi ki, Şərqin ilk demokratik, parlamentli dövləti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Məqsəd şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrətmək, ideyalarını təbliğ etmək, qorumaq və möhkəmləndirməkdir.