İlk dərslər 28 May Respublika gününə həsr edilir

  Mayın 27-də məktəbin ibtidai sinif müəllimi Kəmalə Səfərovanın rəhbərlik etdiyi 4a sinfində ilk dərs 28 May Respublika gününə həsr edildi.
Dərs zamanı Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş dövlət quruluşunun yaranması barədə şagirdlərə məlumat verildi.
  Qeyd edildi ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisidir.1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətlərindən danışıldı, xalqımızın yaddaşında əbədi həkk olunduğu vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi