"Hüquqlarımızı tanıyaq" mövzusunda sinif təşkilat saatı keçirildi

Mayın 22-də məktəbin tarix müəllimi Sevda Şərifovanın rəhbərlik etdiyi 5a sinfində "İnsan hüquqları" aylığı çərçivəsində "Hüquqlarımızı tanıyaq" mövzusunda sinif təşkilat saatı keçirildi.
Sinif təşkilat saatında insan hüquqları gününün təsis olunması və mahiyyəti, insan hüquqlarının pozulması faktları və onun qarşısının alınması yolları, müasir dövrdə insan hüquqlarına verilən dəyərlər barədə şagirdlərə geniş məlumat verildi.