Məktəblilərin asudə vaxtının səmərəli təşkili istiqamətində maarifləndirmə aparılır

Mayın 21-də Sabunçu Gənclər Evinin nümayəndəsi tərəfindən təqdimat keçirildi.
Təqdimatı keçirtməkdə əsas məqsəd Sabunçu Gənclər Evi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlığı çərçivəsində məktəblilərin asudə vaxtının səmərəli təşkili üçün birgə tərtib olunmuş fəaliyyət planı, gənclər üçün yaradılan ödənişsiz imkanlar haqqında şagirdləri məlumatlandırmaqdır.