Psixoloji xidmət işi gücləndirilir

Məktəbin psixoloqu Təranə Həsənova təhsilalanların sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, psixoloji xidmət işinin gücləndirilməsi, təhsilalanların meyl və maraqlarının öyrənilməsi, təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin müəyyənləşdirilməsi, emosional davranış və digər problemləri olan təhsilalanlarla qrup və fərdi fəaliyyətin planlaşdırılması, psixoloji problemlərin yaranma riski yüksək olan təhsilalanların ailə və sosial vəziyyəti ilə taniş olmaq istiqamətində işlər aparır. Valideyn və şagirdlərlə mütəmadi olaraq psixoloji söhbətlər edir.