Ekskursiyalar davam edir

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Məmmədovanın rəhbərliyi ilə 9a sinfi ilə Ədəbiyyat, Arxeologiya və etnoqrafiya muzeyinə ekskursiya təşkil edildi.
Ədəbiyyat muzeyində şagirdlər milli mədəniyyət nümunələrilə tanış oldular.
Şagirdlərə etnoqrafik baxımdan rəngarəngliyi ilə səciyyələnən qədim Azərbaycanda yaşadılan el sənəti sahələri, maddi və mənəvi mədəniyyət nümunələri, tarixi inkişaf prosesinin ayrı-ayrı mərhələlərini aydın əks etdirən, etnoqrafik incilər xəzinəsinə çevrilmiş eksponatlar haqqında ətraflı məlumat verildi.
Gənc nəslin Azərbaycanın tarixinə, mədəniyyətinə daha yaxından bələd olması, ölkənin turizm məkanları haqqında ətraflı məlumatlar ala bilməsi məqsədilə reallaşdırılan ekskursiya şagirdlərin yaddaşında dərin iz buraxdı.