Şagirdlərin asudə vaxtı səmərəli təşkil edilir

Mayın 18-də məktəbin tarix müəllimi Sara Hüseynovanın rəhbərlik etdiyi 6b sinfi ilə Şirvanşahlar və Xalça Muzeyinə ekskursiya təşkil edildi
Şagirdlərə Azərbaycan Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı Azərbaycan xalçaçılıq elminin banisi sayılan, rəssam Lətif Kərimov olduğu bildirildi.
Qeyd edildi ki, hazırda muzeydə ona aid bir guşə də fəaliyyət göstərir. Muzeydə saxlanılan 10 minə yaxın eksponatlar arasında xalçalardan başqa, milli geyimlər, misgərlik və zərgərlik məmulatları, tikmə sənətinin nümunələrini görmək olar.
Ekskursiya yadda qalan və maraqlı oldu.