Şagirdlərin ifadəli oxu bacarığı formalaşdırılır

  Mayın 16-da Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin yaradıcılığı haqqında məktəbliləri məlumatlandırmaq məqsədilə məktəbin ibtidai sinif müəllimi Nərgiz Xaməmmədovanın təşkilatçılığı ilə 3a sinfində ifadəli oxu üzrə Cəlil Məmmədquluzadənin "Quzu" hekayəsi oxunub, təhlil olundu, müzakirələr aparıldı.
Şagirdlər həmçinin eyniadlı hekayə əsasında çəkilmiş "Quzu" filminə də baxdılar.

İfadəli oxu şagirdlərdə səlis, düzgün danışmağı öyrətmək, bədii ədəbiyyata, ədəbi dilə daha artıq məhəbbət oyatmaq, səsdən düzgün istifadə etmək, tələffüzü inkişaf etdirmək, anlamanı dərinləşdirmək, emosiyanın, təxəyyülün inkişafını, estetik zövqün tərbiyəsini formalaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi