Mülki Müdafiə gününə həsr edilmiş sinif təşkilat saatları keçirilir

Mayın 15-də tarix müəllimi Sevda Şərifovanın rəhbərlik etdiyi 5a sinfində Mülki Müdafiə gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
Sinif təşkilat saatında Mülki Müdafiənin məqsədi və əhəmiyyəti, yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib, geniş məlumatlar verildi.
Məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.