"Məktəb-valideyn-uşaq üçbucağı"

Mayın 13-də ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin tənzimlənməsi istiqamətində "Uşaqların inkişafında məktəb-valideyn-uşaq üçbucağı" adlı seminar keçirildi.
Seminarda məktəbin direktoru Murad Zeynalov çıxış edərək qeyd etdi ki, təhsil prosesində keyfiyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” əlaqələrinin düzgün tənzimlənməsi zəruri şərt hesab olunur. Bu prosesdə hər bir tərəf öz məsuliyyətini dərk etməli, onu icra etməlidir. Eyni zamanda müntəzəm olaraq sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanması, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində müəllim və valideynlərlə birlikdə mütəmadi görüşlər və maarifləndirmə işlərinin aparılmasının vacib olduğu vurğulandı. Yekunda valideynlər anket-sorğu vərəqində təklif və iradlarını qeyd etdilər.