Corafiya (CİS) üzrə layihənin yekun hesabat tədbiri keçirildi

  16 dekabr 2018-ci il tarixində Royal Hoteldə Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş Bakı şəhəri 78 nömrəli tam orta məktəbin “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihənin yekun hesabat tədbiri keçirildi

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun məsləhətçisi Orxan Bəhramlı, layihədə iştirakçı müəllimlər, layihə komandasının üzvləri: layihə rəhbəri, 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov; 215 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev,259 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifov, Layihə üzrə ekspert: Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu “Demoqrafiya və Əhali Coğrafiyası” şöbəsində aparıcı elmi işçi Rövşən Kərimov; layihə koordinatoru, CİS mütəxəssisi Samir Vəlizadə, Coğrafiya İnstitutunun dissertantı, CİS mütəxəssisi Elvin Əmrahov və təlimçi müəllim: Coğrafiya İnstitutunun doktorantı, ABC - Azerbaijan British College-in coğrafiya müəllimi Arzu Əhmədova; Caucasus GEO Survey şirkətinin rəhbəri və CİS eksperti Rauf Əmənov; Coğrafiya üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi, Caspian Geomatik şirkətinin rəhbəri Elvin Alıyev; Coğrafiya İnstitutunun elmi işçiləri; Bakı Dövlət Universitetinin magistrant və doktorantları iştirak edirdi

Tədbiri açıq dərs verlişinin aparıcısı Orxan Cabbarlı aparırdı. İlk öncə layihə rəhbəri, 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov gələn qonaqları salamladı, layihə haqqında ətraflı məlumat verdi, Qeyd etdi ki, 2018-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri 78 nömrəli tam orta məktəbdə reallaşan “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin icrası göstərdi ki, qeyd olunan texnologiya ilə tədrisin təşkili təlim prosesində praktik vərdişlərə yiyələnmənin effektivliyini artırmış olur və eyni zamanda, şagirdlərin coğrafiya fənninə olan marağının artmasını təmin edir

Tədbirdə qonaqların çıxışları dinlənildi və qeyd edildi ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində məktəblərin maddi-texniki bazası (kompüter, ağıllı lövhələr, tabletlər və s.) CİS-in istifadə edilməsinə təminat verir. Bu baxımdan, məktəblərin texniki təchizatının yaxşılaşdırılması CİS-in tətbiq imkanlarını artırır. Xüsusilə vurğulamaq olar ki, CİS-in tətbiqinin üstünlüklərindən biri bu zaman şagirdlər tərəfindən əzbərləmə yerinə mövzunun birbaşa icra edilərək öyrənilməsi imkanının olmasıdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi