Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirildi

Məktəbin ibtidai sinif müəllimi Səfərova Kəmalə Gülməmməd qızının rəhbərlik etdiyi 0A və 4A siniflərində təşkilat saatı keçirildi. Qeyd edildi ki, məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlar idi. Ümumilikdə, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan vermişdir. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər. Sonda Ümummilli liderin həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş olundu.