Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

  5 dekabr 2018-ci ildə məktəbin tarix müəllimi Şərifova Sevda Xalid qızının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ümummilli liderin əziz xatirəsi yad edildi,həyat və yaradıcılığı haqqında məlumat verildi. Qeyd edildi ki, Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.