9 noyabr- Dövlət Bayraq Gününə həsr olunmuş tədbir təşkil edildi

7 noyabr 2018-ci il tarixdə "Bayraq Günü" nə həsr olunmuş tədbir təşkil edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verildi. Bildirildi ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. Məktəblilərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil edilən tədbirdə şagirdlər dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd etdilər, şeirlər və mahnılar ifa etdilər.