"Milli qəhrəmanlarımın and yerimizdir"

20 Yanvar faciəsinə həsr olunmuş " Milli qəhrəmanlarımın and yerimizdir" adlı tədbir keçirilib.Tədbirdə 78№li tam orta məktəbin yuxarı sinif şagirdləri və tarix müəllimi Sevda Şərifova yaxından iştirak etdilər.Tədbirin təşkili məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəbiyeva Svetlana rəhbərlik etmişdi. Tədbir şagird və müəllim heyətinin birgə himn ifası ilə açıq elan olundu .Aparıcılar sözü məktəbin direktoru Q.M.Tağıyevaya verdilər.Məktəb rəhbərinin çıxışınan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tədirin bədii hissəsi başlandı.Şagirdlər şəhidlər haqqında təsirləndirici şeirlər söylədilər, " Ağla qərənfil ,ağla !"adlı kompozisiya nümaiş etdirdilər.VIII sinif şagirdi Hüseynov Tahir sazda bayatı melodiyasını ifa etdi. Məktəbdə şagirdlərimiz şəhidlərin adına hazırlanmış güşəyə qərənfil qoyaraq onların ruhunu yad etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi