"Qara yanvar" Dəyirmi masa

20 Yanvar faciəsini 26 – cı il dönümünə həsr olunmuş dəyirmi masa təçkil olundu.Dəyirmi masa himn ifası ilə başlandı.Şagirdlər 20 Yanvar faciəsi haqqında topladıqları geniş məlumatları çatdırdılar . Azərbaycan azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990 - cı ilin 20 yanvar haqqında danışdılar.Keçmiş SSSRİ rəhbərliyi altında Bakıya olan təcavüz vəşiliyi və qəddarlığı ilə tarixə düşdü.Həmin faciədə Azərbaycan xalqı həmirəy olaraq zirekli texnikanın qarşısına yalın əllərlə çıxmışdılar.Amma buna baxmayaraq Azərbaycan xalqını məğlub edə bilmədilər,çünki o məğrurdu , məğlubedilməzdi.Bizim xalqımız müstəqilliyə can atırdı və buna öz mübarizliyi əyilməzliyi ilə nail oldu . Dəyirmi masaya xüsusi rəng şagirdlərimizin hazırladıqların təqdimatları qatdı. Sonda məktəbin direktoru Q.M.Tağıyeva ürək ağrısı ilə həmin faciədən danışdı, və allahdan bütün şəhidlərimizin ruhuna rəhmət dilədi.