Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar “O gecə” adlı tədbir keçirildi.

Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciə haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədilə 26 fevral 2018-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Abdullayeva Elza Sadıq qızının rəhbərlik etdiyi 4"A" sinfinin və məktəbəqədər hazırlıq qrupun şagirdlərinin iştirakı ilə ilə tədbir keçirildi.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlər faciəni əks etdirən səhnəciklər nümayiş etdirdilər, vətənpərvərlik ruhunda şeirlər söylədilər, mahnılar ifa etdilər.