Ana harayı abidəsinə ziyarət təşkil olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Xocalı soyqırımının iyirmi altıncı ildönümünun keçirilməsi barədə" Tədbirlər planına əsasən Svetlana Nəbiyeva Asif qızının rəhbərliyi altında 22 fevral 2018- ci il tarixində "Ana harayı" abidəsinə təntənəli yürüş təşkil olundu. Ziyarətdə Abdullayeva Elza Sadıq qızı rəhbərlik etdiyi 4"A" sinifinin, məktəbə qədər hazırlıq qrupunun və Səfərova Kəmalə
Gülməmməd qızının rəhbərlik etdiyi 3"A" sinifinin şagirdləri fəal ştirak etdilər. Onlar abidə önünə gül dəstələri düzdülər və faciəni əks etdirən şeirlər söylədilər.
Faciə qurbanları ehtiramla yad edildi.