Pedaqoji şuranın növbəti iclası keçirildi.

20 noyabr tarixində pedaqoji şuranın növbəti iclası keçirildi. Iclas Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmrinə əsasən ”Təhsildə keyfiyyət ili” elan olunmasına əsasən məktəbdə keyfiyyətin idarə olunması məsələlərinə həsr olundu. Məktəbin direktoru Murad Zeynalov məktəbin göstəricilərinin yüksəldilməsi və şagird nailiyyətlərinin artırılmasının üsul və vasitələri haqqında, eləcə də bunun üçün görüləcək işlər haqqında ətraflı danışdı və ”Təhsildə keyfiyyət ili" çərçivəsində təşkil olunacaq pedaqoji mühazirələrin keçirilmə qaydaları barədə geniş məlumat verdi.
Oktyabr , noyabr aylarında keçirilmiş məktəbdaxili monitorinqlərin nəticələri, məktəb sənədlərinin aparılması zamanı aşkarlanan nöqsanlar və digər məsələlər müzakirə olundu.