Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi

http://www.arti.edu.az/az/newsd/214-78-nomrali-maktabda-secim-turunu-kecmis-sagirdlar-ucun-darslar-davam-edir

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Ümümtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” layihəsi çərçivəsində təlimlər davam edir.

04.11.2017-ci il tarixindən start verilən təlimlərdə Bakı şəhəri 78 nömrəli tam orta məktəbin VIII və IX sinif şagirdləri iştirak edir. Təlimlər layihə rəhbəri: Bakı şəhəri, 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov, layihə köməkçisi: Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu “Demoqrafiya və Əhali Coğrafiyası” şöbəsində aparıcı elmi işçi Rövşən Kərimov, Təlimçi müəllim: ABC - Azerbaijan British College-in coğrafiya müəllimi Arzu Əhmədova və AMEA H.Ə.Əliyev adına Coğrafiya institutunun CİS mütəxəssisi Samir Vəlizadənin əməkdaşlığı ilə uğurla davam edir. ADPU-nun,Coğrafiyanın tədrisi metodikası üzrə I kurs tələbəsi Könül Həsənli təlimlərdə təcrübəçi olaraq iştirak edir.

Həmçinin,layihə ekspertimiz,Azərbaycan Milli Elmlər Akademiyası, H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri,coğrafiya elmlər doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı,100 dən çox elmi əsərlərin müəllifi Zakir Namin oğlu Eminov həyata keçirilən layihənin qiymətləndirilməsini aparır,təlim prosesində təklif və tövsiyələrini verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi