Fənn müsabiqəsi keçirildi.

31.10.2017 tarixdə Bakı şəhəri üzrə məktəblilərarası fənn müsabiqələrinin məktəbdaxili mərhələsi keçirildi.İnformatika,fizika,kimya,biologiya fənləri üzrə 7-ci sinif şagirdləri,riyaziyyat fənni üzrə 6-cı sinif şagirdləri imtahanda iştirak etdilər.Bakı şəhəri məktəbliləri arasında istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərin fənlərə olan marağın artırılması, şagirdlərin öz bilik və bacarıqlarının nümayiş etdirmələrinə imkanın, onlar arasında sağlam rəqabət və yarış mühitinin yaradılması və onlarla gələcəkdə məqsədyönlü layihələrin həyata keçirilməsi məqsədi ilə fənn müsabiqlərinin keçirilməsi nəzərdə tutulmuşdur.Şagirdlərimizə uğurlar arzu edirik.