"Ümümtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” layihəsi

28 oktyabr 2017-ci il tarixində “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Ümümtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” layihəsi çərçivəsində seçim turunun qalib şagird və valideynləri ilə görüş keçirildi.Görüşdə 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov respublikamızda ilk dəfə həyata keçirilən layihənin əhəmiyyəti və təhsil sisteminə gətirəcək yeniliklərdən danışdı. AMEA H.Əliyev adına Coğrafiya institutunun CİS mütəxəssizi Samir Vəlizadə Coğrafi İnformasiya Sistəmləri haqqında təqdimat etdi, video rolik göstərildi. Layihə zamanı şagirdlərimizə təlim keçəcək AMEA H.Əliyev adına Coğrafiya institutunun doktorantı , ABC - Azerbaijan British College-in coğrafiya müəllimi Arzu Əhmədova tədris prosesi və CİS-in coğrafiyadakı əhəmiyyəti barədə məruzə etdi. Həmçinin təlimlərin başlanma tarixi elan olundu.Tədbirin sonunda seçim turunun qalibləri ilə xatirə şəkli çəkdirildi.Qalib olan bütün şagirdlərimizi təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi