Müstəqillik günü

Oktyabrın 18-də məktəbin illik fəaliyyət planının 1.3.12-ci bəndinə uyğun olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədi ilə Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyeva və musiqi müəllimi Samirə Əjdərovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə məktəbin müəllim və şagird heyyəti iştirak etdilər.Tədbir boyu şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa olundu.Tədbiri məktəbin direktoru Murad Zeynalov öz təbrik sözləri ilə yekulaşdırdı.