Valideyn iclası keçirildi.

Oktyabrın 3-də məktəbin 5-11 siniflərdə təhsil alan şagirdlərin valideynlərinin iştirakı ilə valideyn iclası keçirildi. İclasda valideynləri narahat edən məsələlər ətrafında müzakirələr aparıldı, məktəb və daxili nizam-intizam qaydaları haqqında valideynlər məlumatlandırıldı.Məktəb direktoru Murad Zeynalov şagird naliyyətləri,məktəb layihələri və perspektiv planlar haqqında ətraflı məlumat verdikdən sonra valideynlərin təkliflərini dinlədi.