Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi

29.09.2017-ci il tarixində Mobillik layihəsi çərçivəsində Bakı şəhəri 78 №li tam orta məktəb, 328 №li tam orta məktəb və Fizuli rayon 5 №li tam orta məktəbin birgə əməkdaşlığı ilə Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinə səfər təşkil olundu. Layihəyə əsasən qarşılıqlı dərsdinləmələr aparıldı. Məktəbin biologiya müəllimi Elşad Əliyev və coğrafiya müəllimi Lətifə Məmmədova Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində açıq dərs verdilər.