21 SENTYABR - BEYNƏLXALQ SÜLH GÜNÜ!

21 sentyabr - Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Elə məhz buna görə də bu gün 78 nömrəli tam orta məktəbdə bayram abu-havası hiss olundu. Uşaqlar siniflərdə sülhə aid şeirlər ,mahnılar ifa etdilər. Müəllimər onlara bu günün əhəmiyyəti barədə məlumat verib, yer üzündəki bütün uşaqlara sülh, əmin-amanlıq arzuladılar.Məktəbin 2"A" – Xaməmmədova Nərgiz, 3"A" - Səfərova Kəmalə, "4"A – Abdullayeva Elza sinif müəllimləri “Biz sülh istəyirik!”, “Biz sülhə səs veririk!” şüarı altında maraqlı tədbir keçirdilər.