"Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı"

Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ilk dərslər "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusuna həsr olundu.Bu zaman şagirdlərə aprel döyüşləri haqqında, şanlı ordumuz tərəfindən xain düşməndən azad olunmuş ərazilərimiz haqqında, eləcə də azad olunmuş Lələtəpə yüksəkliyi sayəsində təhlükəsizliyi tam təminolunmuş Cocuq Mərcanlı haqqında məlumat verildi. Bu tarixi qayıdışın başlanğıcıdır!