Pedaqoji şuranın iclası

Bu gün məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi.Pedaqoji şuranın illik fəaliyyət planına uyğun olaraq 16 iyunda Pedaqoji şuranın 2016-2017-ci tədris ilinin yekunlarına həsr olunmuş növbəti iclası keçirildi. İclasda məktəb direktorunun, direktor müavinlərinin məruzəsi və sinif rəhbərlərinin hesabatı dinlənildi. Aparılmış müxtəlif siniflər və fənlər üzrə monitorinqlərin nəticələri təhlil edildi.