"Son zəng"

Bu gün Respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi məktəbimizdə də BŞTİ-nin 13.06.2017-ci il tarixli 90 nömrəli əmrinin icrasının təmin olunması məqsədi ilə təntənəli surətdə "Son zəng" tədbiri qeyd olundu.Tədbir dövlət himni ilə başladı. Məktəbin direktoru Murad .Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Şamil Alıyev, qəsəbə ağsaqqalları və əvvəlki ilin məzunları iştirak etdi. Tədbir saat 10-00 da başladı 12-00 da sona çatdı. Bütün məzunları təbrik edir və hədəfə doğru gedən yolda möhkəm əzm və iradə arzu edirik!