Ramana Qalasında bayram konserti

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir.1990-cı ildən "28 May - Respublika Günü" dövlət bayramı kimi qeyd edilir. Bu il Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümüdür.Bu münasibət ilə republika miqyasında bayram tədbirləri keçirilir. 27.05.2017-ci il tarixində Sabunçu Rayonu İcra Hakimiyyətinin təşkilatçılçığı ilə Ramana Qalasında bayram konserti təşkil olundu.Tədbirdə İcra nümayəndələri Rufullayeva Ülviyə, Əlizadə Səmərqənd, Gənclər və İdman Nazirliyindən Aydın müəllim iştirak etdilər.78 nömrəli məktəbin şagirdləri konsertdə vətənə həsr olunmuş şeir, mahnı və rəqs nömrələrini təqdim etdilər.Bayramınız mübarək, qoy bu müstəqilliyimiz əbədi olsun!