28 MAY - RESPUBLİKA GÜNÜDÜRRespublika günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.1990-cı ildən "28 May - Respublika Günü" dövlət bayramı kimi qeyd edilir. Bu il Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümüdür.Bu münasibət ilə republika miqyasında bayram tədbirləri keçirilir. Biz də ümümtəhsil müəssisəsi olaraq öz fəaliyyət planımıza əsasən Respublika gününü yüksək səviyyədə qeyd etdik.Tədbiri məktəbin Tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyeva və musiqi müəllimi Samirə Əjdərova hazırladılar.Şagirdlərimizin ifasında müxtəlif mahnılar və şeirlər dinlənildi.Cumhuriyyət dövrlərini əks etdirən slaydlar və divar qəzetləri təqdim edildi.