"Sağlam həyat tərzi"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili Dəyərə Çevirək" devizi altında "Ekoloji aylıqlar" layihəsi həyata keçirilir. May ayında "Sağlam həyat tərzi" mövzusuna həsr olunmuş tədbirərin keçirilməsi nəzərdə tutulmuşdur. 24.05.2017 ci il tarixində 78 nömrəli tam orta məktəbdə mövzuya uyğun olaraq biologiya müəllimlərin iştirakı ilə şagirdlərin hazırladıqları təqdimatların müzakirəsi aparıldı.Təqdimat zamanı müasir dövrdə İnsanın sağlam həyat tərzi dedikdə təkcə fizioloji sağlığı deyil, həm də onun ruh sağlığının da nəzərə alınması diqqət mərkəzində saxlanıldı.Sonda şagirdlərin sağlam həyat tərzinə aid maarifləndirici video çarxları təqdim edildi.