10 nömrəli Bakı Peşə Liseyinə ekskursiya

04.05.2017-ci il tarixində 9-cu sinif şagirdləri məktəbin fəaliyyət planına uyğun olaraq gələcək peşə seçimlərini istiqamətləndirmək məqsədilə Sabunçu rayonu 10 nömrəli Bakı Peşə Liseyində oldular. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyeva , sinif rəhbərləri İlhamə Şıxıyeva ,Samirə Əjdərovanın rəhbərliyi ilə məktəblilər liseyin müəllim və şagird kollektivi ilə görüşdülər. Liseyin əməkdaşları şagirdləri maraqlandıran suallara cavab verdilər. Şagirdlərimiz daha sonra kollecin kabinetləri, kitabxanası və idman zalı ilə tanış oldular. Görüş çox maraqlı və canlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi