"Narkomaniya -bəşəriyyətin bəlasıdır"

19.04.2017-ci il tarixində 78 nömrəli tam orta məktəbdə "Narkomaniya -bəşəriyyətin bəlasıdır" mövzusunda mühazirə təşkil olundu.Tədbirdə Sabunçu RPİ-nin rəis müavini polis polkovnik-leytenantı Sədi İsmayılov, Sabunçu RPİ-nin yetkinlikyaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Əli Babayev, Sabunçu Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov və həkim-narkoloq Vüqar Yusifov iştirak etdilər. Qonaqlar narkomaniya, ondan asılılığın bəlaları, narkotik aludəçilərinin faciəli sonu haqqında şagirdlərə geniş məlumat verdilər.Mühazirə maraqla dinlənilmişdir.