31 mart Azərbaycanlıların Soyqırımı Günü

Mart soyqırımı və ya Mart hadisələri -1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında on iki minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.31.03.2017-ci il tarixində "31 mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "dəyirmi masa" təşkil olundu.